ANAMA BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşları üçün maarifləndirmə təlimlərinə başlayıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən beynəlxalq təşkilatların nümayəndələri üçün “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” üzrə təlimlər davam edir.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, növbəti təlim oktyabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyinin müraciətinə əsasən keçirilib.
ANAMA-nın maarifləndirmə şöbəsi tərəfindən iştirakçılara mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, şübhəli ərazilərin əlamətləri və davranış qaydaları barədə geniş məlumat verilib, prezentasiya təqdim olunub.
Mina və partlayıcı qurğuların vizual olaraq tanınması məqsədilə təlimdə müxtəlif növ sursatlar nümayiş etdirilərək onların təhlükəsi və törədə biləcəyi xəsarətlər barədə məlumat verilib.
Sonda nümayəndələrə təlimat kitabçası, təbliğat materialları olan maarifləndirici, xəbərdaredici poster və bukletlər təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]