ANAMA kollektivi Ulu Öndərin məzarını ziyarət edib
Bakı, 18 iyul, AZƏRTAC
1998-ci il Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu il iyulun 18-də 25 illik yubileyini qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Agentliyin İdarə Heyəti üzvləri və struktur bölmələri rəhbərləri Fəxri xiyabana gedərək, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Həmçinin Agentliyin İdarə Heyəti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.