Azərbaycan Dövlət İnformasiya Agentliyi

ANAMA qarşısına qoyduğu məqsədlərə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində nail olmuşdur

Bakı, 18 mart (AZƏRTAC). Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) qısa zaman kəsiyində inkişaf edərək kiçik bir qurumdan minaları təmizləmək üçün canlı qüvvəyə, hər cür texnikaya və avadanlığa sahib, risklərlə bağlı təlimlərdə və qəzalarda sağ qalanlara yardım edən mütəşəkkil bir təşkilata çevrilmişdir.

ANAMA 1998-ci il iyulun 18-də ümummilli lider Heydər Əliyevin 854 saylı sərəncamı əsasında Ərazilərin Yenidənqurma və Bərpa Komitəsinin nəzdində yaradılmışdır.

Ulu öndər agentliyi təsis etməklə işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatlara dair bütün fəaliyyətin planlaşdırılması, əlaqələndirilməsi və idarə olunması üçün zəmin yaratmış, eyni zamanda gələcəkdə azad ediləcək ərazilərdə həmin işlərin davam etdirilməsini həyata keçirə bilən milli potensialın əsasını qoymuşdur.

Dövlətin xüsusi qayğısı nəticəsində ANAMA qısa müddət ərzində təcrübəli mütəxəssislərini hazırlamış, 2001-ci ildən etibarən Azərbaycanın mina aksiyası üzrə Təlim və Monitorinq Sisteminin yaradılması, milli kadrların formalaşmasına və inkişaf etdirilməsinə təkan vermişdir. Nəticədə, xarici vətəndaşların əhatə etdiyi missiyalar tədricən məhdudlaşmış, onların tutduğu vəzifələr öz önəmini itirmiş və sonda isə tam şəkildə milli heyətin səlahiyyətlərinə daxil edilmişdir.

ANAMA-nın nəzdində yaradılmış Тəlim, tədqiqat və keyfiyyətin təminatı üzrə Qurumda (TTKTQ) təcrübəli mütəxəssislərin hazırlanması üçün təlimlər keçirilir. ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində keçirilən kurslarda müdavimlərə ilkin yardım, mina və sair hərbi sursatların tanınması, mina detektorlarından istifadə edərək hədəflərin aşkar olunması, minaaxtaran itlər və mexaniki minatəmizləyən maşınlarla birgə əməliyyatlarda iştirak etmək və sair qaydalara dair bilik və bacarıqlar öyrədilir. Bütün bu görülən işlər nəticəsində ANAMA-da kifayət qədər yerli mütəxəssislər hazırlanmış və minatəmizləmə əməliyyatlarına cəlb edilmişdir.

Bu gün ANAMA tərəfindən ölkə ərazisində geniş mina təmizləmə əməliyyatları da davam etdirilir. Təkcə 2012-ci il ərzində 32 milyon kvadratmetrdən artıq ərazi minalardan təmizlənmiş, 11 min 400 ədəd mina və PHS ANAMA-nın əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir. Ümumilikdə isə indiyədək Agentliyin əməkdaşları 218, 287, 811 kvadratmetr ərazini minalardan təmizləmişlər. 678 min 613 ədəd mina və partlamamış hərbi sursat tapılıb zərərsizləşdirilmişdir.

Eyni zamanda, bir neçə il bundan öncə ANAMA-da xüsusi strateji plan hazırlanmışdır. Bu planda işğaldan azad olunacaq ərazilərin tez bir zamanda mina və partlamamış hərbi sursatlardan qısa müddət ərzində təmizlənməsi nəzərdə tutulmuşdur.

Beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verən agentlik təcrübə mübadiləsi əsasında mina hərəkatına qoşulan bir çox beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Bu sahədə BMT-nin İnkişaf Proqramı Azərbaycana NATO, Beynəlxalq Qızıl Xaç Komitəsi və Dünya Bankı kimi təşkilatlarla əlaqə yaratmağa kömək etmişdir. Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzi (GICHD) ilə əməkdaşlıq minatəmizləmə prosesi və yeni mina texnologiyalarının sınaqdan keçirilməsi üçün informasiya idarəçilik sistemlərinin yeni nəslinin inkişafı üzərində mərkəzləşmişdir.

ANAMA 2005-ci ildən NATO-nun Maddi-Texniki Təchizat Agentliyi (NAMSA) ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində “Saloğlu” layihəsi həyata keçirilmişdir. Ağstafada yerləşən Saloğlu ərazisində keçmiş SSRİ-nin silah anbarlarının qalıqlarının təmizlənməsi əməliyyatı 2011-ci ildə uğurla başa çatdırılmışdır. Ötən il isə iki qurum arasında “Ceyrançöl” layihəsində əməkdaşlığa dair saziş imzalanmışdır. Layihəyə əsasən 64 milyon kvadrat metr ərazinin minalardan və PHS-lardan təmizlənməsi nəzərdə tutulmuşdur.

Cari ilin yanvarında isə ANAMA ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) arasında əməkdaşlığa dair saziş imzalanmışdır. Əməkdaşlıq sazişinə əsasən ANAMA və BMqT arasında mina aksiyası üzrə həyata keçirilən tədbirlərin əlaqələndirilməsi, tərəflərin milli və beynəlxalq səviyyədə qarşılıqlı əməkdaşlığı nəzərdə tutulmuşdur.

ANAMA bu gün təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində mina təmizləmə əməliyyatlarını keçirir, eyni zamanda müxtəlif ölkələrdən olan mütəxəssislər üçün təlimlər təşkil edir.

Qeyd edək ki, 2009-cu il noyabrın 9-da ANAMA və Sloveniya Respublikası Minatəmizləmə və Minalardan Zərər Çəkmiş İnsanlara Yardım üzrə Beynəlxalq Etimad Fondu arasında, 2012-ci ilin martında isə Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında “Minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmışdır. Hər iki sənəd minatəmizləmə orqanları arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi üçün yeni imkanlar yaratmışdır.

ANAMA Türkiyədə də bir sıra minatəmizləmə əməliyyatları həyata keçirmiş, Qaziantep, Diyarbəkr və Konya vilayətlərinin Mina və Partlamamış Hərbi Sursatla (PHS) çirklənmiş ərazilərinin təmizləməsində iştirak etmişdir. Agentlik tərəfindən həmçinin Türkiyənin Silahlı Qüvvələri üçün təlimlər də keçirilmişdir.

ANAMA həmçinin Türkiyə-Suriya sərhədinin minadan təmizlənməsi üzrə elan olunan tenderdə iştirak edir və böyük üstünlüklərə sahibdir. ANAMA tərəfindən Türkiyəli minaaxtaranlar üçün kurslarda təşkil olunur. Bu günədək Türkiyə tərəfi üçün 5 təlim kursu keçirilmişdir.

2011-ci ildə ANAMA-nın təlim və keyfiyyətin təminatı üzrə qrupu Gürcüstan Silahlı Qüvvələrinin 66 nəfərlik bölüyünün humanitar minatəmizləmə fəaliyyəti üzrə hazırlanmasına dair tenderin qalibi olmuşdur. Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri üçün Göygöl Regional Təlim Mərkəzində kurslar təşkil olunmuş, ümumilikdə qonşu ölkənin silahlı qüvvələrinin nümayəndələri üçün 9 təlim keçirmişdir.

ANAMA ilə əməkdaşlıq etməkdə maraqlı olan xarici qurumlardan biri də məhz Əfqanıstandır. Bu ölkənin Minalardan Təmizlənmə üzrə Departamenti (MTD) ilə birlikdə həyata keçirilmiş layihələr çərçivəsində ANAMA tərəfindən hazırlanmış Mina Təhlükəsi üzrə maarifləndirmə kitabları dari və paşto dillərinə tərcümə edilərək əfqanıstanlı məktəblilərə təqdim olunmuşdur. Eyni zamanda, Əfqanıstan Minatəmizləmə Departamentinin 36 nümayəndəsi üçün 2009-2012-ci illər ərzində mina aksiyası üzrə orta idarəetmə, təcrübə mübadiləsi, informasiyanın idarəedilməsi və potensialın inkişaf etdirilməsi kimi təlimlər keçirilmişdir.

ANAMA həmçinin, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) və Qiymətləndirmə Təliminin İnkişafı Beynəlxalq Təşkilatı (İPDET) ilə birlikdə 2010-cu ilin sentyabr ayında Azərbaycanda “Mina Aksiyaları üzrə təlimin qiymətləndirilməsi”nə dair beynəlxalq təlim-seminar keçirmişdir.

Ümumilikdə ANAMA tərəfindən 141 təlim keçirilmişdir ki, bu təlimlərin də 18-i sırf xarici ölkə vətəndaşları üçün nəzərdə tutulmuşdur.

Bu gün ANAMA-nın keçirdiyi təlimlərdə iştirak etmiş 300-dən artıq əcnəbi müxtəlif dövlətlərdə minatəmizləmə əməliyyatlarında uğurla iştirak edirlər.

Bütün bunlar isə təkcə ANAMA-nın deyil, bütövlükdə Azərbaycanın uğurları hesab edilməlidir.

Əsəd Məmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib