Andorra Knyazlığının nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində olmuşdur
Bakı, 5 iyin (AZƏRTAC). Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir müavini Nazim Səmədov ilə görüşdə turizm sahəsində ikitərəfli münasibətlər müzakirə olunmuşdur.
N.Səmədov Andorra Knyazlığının xarici işlər naziri G.S.Sunyeni 2013-cü ilin aprelində Bakıda keçiriləcək “AİTF” Beynəlxalq turizm sərgisinə və həmin ilin mayın sonunda, iyunun əvvəllərində baş tutacaq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmağı təklif etmişdir.
Andorranın xarici işlər naziri Azərbaycan tərəfinə turizm sahəsində əməkdaşlığa dair saziş təqdim etmiş və “Şahdağ” Qış - Yay Turizm Kompleksinin işçiləri üçün Andorrada treninqlərin təşkilini təklif etmişdir.
Görüşdə Andorra və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığa dair geniş müzakirələr aparılmışdır.
Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev görüşdə iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]