Andrey Ravkov: Azərbaycan-Belarus əlaqələri qarşılıqlı səmərəli əməkdaşlıq üzərində qurulub
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Dünya səviyyəli dahi şəxsiyyət Heydər Əliyevin ölkələrimiz arasında diplomatik münasibətlərin, strateji əməkdaşlıq əlaqələrinin əsasının qoyulmasında böyük rolu olub. Azərbaycan-Belarus əlaqələri qarşılıqlı səmərəli əməkdaşlıq üzərində qurulub.
AZƏRTAC xəbər verir ki, bunu Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov iyunun 16-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Ölkələrimiz arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu vurğulayan diplomat deyib: “Biz həmişə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və onun dəstəyinə arxalanırıq. İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]