Ankarada Azərbaycana dəstək yürüşü keçirilib
Ankara, 18 oktyabr, AZƏRTAC
Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycana daha bir dəstək yürüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, onlarla avtomobil Azərbaycan və Türkiyənin dövlət bayrağı ilə paytaxt küçələrində hərəkət ediblər.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə, təcavüzkar hərəkətlərinə, dinc əhalinin ağır texnika və raketlə atəşə tutulmasına etiraz edən yürüşçülər birlik və zəfər şüarları səsləndiriblər.
Şəhərin müxtəlif yerlərində dayanan bayraqlı avtomobil karvanı paytaxt ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara