Ankarada Türkdilli Dövlətlərin Həmrəylik Günü qeyd olunacaq
Ankara, 22 oktyabr, AZƏRTAC
Ankarada Türkdilli Dövlətlərin Həmrəylik Günü münasibətilə oktyabrın 23-də rəsmi qəbul keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən təşkil olunan (TDƏŞ) qəbula rəsmi şəxslər, TDƏŞ-ə üzv ölkələrin Türkiyədəki səfirləri, səfirliklərin kollektivi, Ankaradakı beynəlxalq təşkilatların rəhbərləri, paytaxt ictimaiyyətinin tanınmış simaları dəvət olunublar.
Qeyd edək ki, Türkdilli ölkələrin dövlət başçılarının 2010-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən IX zirvə görüşündə hər il bu tarixin Türkdilli Dövlətlərin Həmrəylik Günü kimi qeyd olunması qərara alınıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]