Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlara müraciət edib
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri (https://competition.gov.az/az/page/haqqimizda/regional-bolmeler), eləcə də İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri (https://www.ekspertiza.az/az/haqqimizda/regional-bolmeler) qeyri-iş günlərində – 2025-ci il 22, 24, 26, 29 mart tarixlərində fəaliyyət göstərəcək.
Qeyd edilən tarixlərdə sahibkarlar iş günlərində olduğu kimi, xidmətlərdən yararlanmaq üçün agentliyə və onun regional bölmələrinə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]