“Apple” rəqəmsal xidmətlər sahəsində iş yerlərini ixtisar edir
Bakı, 28 avqust, AZƏRTAC
“Apple” bölmənin prioritetlərinin dəyişməsi çərçivəsində rəqəmsal xidmətlər qrupunu təxminən 100 iş yerinə qədər ixtisar etmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Artıq şirkət bu bölmənin müxtəlif komandalarında çalışan işçilərin ixtisar edilməsi barədə bildirib.
Ən böyük ixtisarlar “Apple Books” və “Apple Bookstore” proqramlarına cavabdeh olan komandada edilib, habelə “Apple News” komandasında da ixtisarlar olub.
Mənbələrə görə, “Apple Books” onu xidmət xəttinin vacib bir hissəsi hesab etməyən şirkət üçün daha az prioritet olacaq, baxmayaraq ki, “Books” tətbiqinin zamanla yeni funksiyalar qazanacağı gözlənilir.
Rəqəmsal xidmətlər bütövlükdə “Apple” şirkətinin son illərdə artım drayveri olub: on il əvvəlki təxminən 10 faizlə müqayisədə son maliyyə ilində satışların 22 faizindən çoxu onların payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]