Aprelin 11-də Baş prokuror Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 2 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev aprelin 11-i saat 10:00-da Yevlax Rayon Prokurorluğunun inzibati binasında Yevlax, Ağdam, Goranboy, Naftalan, Tərtər rayon və Mingəçevir şəhər sakinlərinin müraciətlərini dinləyəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı vətəndaşların qeydiyyatı və Yevlax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (Instagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]