Aprelin 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Lakin 24-dən 25-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperatur gecə 6-8° isti, gündüz 10-15° isti olacaqdır.
Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-8° isti, gündüz 14-19° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-4° isti, gündüz 7-12° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 4-8° isti, gündüz 10-15° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı,
Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-8° , gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 5-10° , gündüz 13-18° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 6-10° isti, gündüz 12-16° isti, dağlarda gecə 2-5° isti, gündüz 8-12° isti təşkil edəcəkdir.