Aprelin 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış
yağacağı ehtimalı vardır.
Temperatur gecə 6-8° , gündüz 12-17° isti olacaqdır.
Bakıda gecə 6-8° , gündüz 14-16° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 4-9° , gündüz 16-21° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 8-13° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 4-8° , gündüz 11-16° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır.
Lakin axşam qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 13-18° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 6-10° , gündüz 12-16° isti, dağlarda gecə 2-5° isti, gündüz 8-12° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişiklikləri meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti və mövsüm üçün temperaturun normadan bir qədər aşağı olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.