Aprelin 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi, duman olacağı gözlənilir. Lakin axşam yarımadanın
bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 7-12° , gündüz 16-21° isti olacaqdır.
Bakıda gecə 10-12° , gündüz 18-20° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 755 millimetr civə sütununa bərabər olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 6-11° , gündüz 21-26° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman, çiskin olacaqdır.
Temperatur gecə 2-6° isti, gündüz 11-16° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10°, gündüz 19-24° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-5° isti, gündüz 11-16° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 6-11° isti, gündüz 20-25° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti təşkil edəcəkdir.