İDMAN
“Araz-Naxçıvan” Çempionlar Liqasına böyükhesablı qələbə ilə başlayıb
Bakı, 23 avqust, AZƏRTAC
“Araz-Naxçıvan" komandası futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı ilk sınağında Türkiyənin "İstanbul Şişli" klubu ilə qarşılaşıb. Latviyanın Salaspils şəhərindəki eyniadlı idman arenasında keçirilən görüş təmsilçimizin 9:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qrupun digər matçında ev sahibi ölkənin təmsilçisi “Riqa” Almaniyanın “Yan Reqensburq” kollektivini sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
İlkin seçmə mərhələ
A qrupu, I tur
23 avqust
15:00. “Araz-Naxçıvan” (Azərbaycan) - “İstanbul Şişli” (Türkiyə) - 9:1
Qollar: Katatau, 3:25, Xətai Bağırov, 5:53, Lazar Milosavlyeviç, 15:49, Amadeu, 21:35, 22:49, 30:05, İsa Atayev, 27:29, 33:05, Erik Dannilo, 35:52 - Sadettin Çamcı, 39:10
Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San-Marino).
Salaspils. Salaspils İdman Arenası.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda ikinci oyununu avqustun 24-də “Yan Reqensburq”a qarşı keçirəcək.