Arpad Potapi: Macarıstan Türk dövlətləri üçün Aİ-yə qapı rolunu oynayır
Şuşa, 21 dekabr, Elmir Səftərov, AZƏRTAC
Macarların türklərlə yaxınlığı var. Bizim dillərimiz Avrasiya və fin dillərinin qarışığıdır. Həmçinin türklərlə mədəniyyətimiz də oxşardır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri dekabrın 21-də Şuşada keçirilən Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda Macarıstanın Milli Siyasət üzrə Dövlət katibi Arpad Yanos Potapi söyləyib.
O qeyd edib ki, Macarıstan Türk dövlətləri üçün Avropa İttifaqına qapı rolunu oynayır.