“Arsenal” və “Çelsi” klublarının təmsilçiləri Bakıya səfər ediblər
Bakı, 13 may, AZƏRTAC
UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı matçının iştirakçıları - “Arsenal” və “Çelsi” klublarının, eləcə də UEFA nümayəndələrinin Bakıya səfəri başlayıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, mayın 15-dək davam edəcək səfər proqramında 20-yə yaxın nümayəndə Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların üzvlərinin məskunlaşacaqları otellərlə tanış olacaqlar.
Səfər çərçivəsində final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]