Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-sı saat 15 radələrində Salyan rayonu ərazisində 1998-ci il təvəllüdlü Günel İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırma zamanı 1993-cü il təvəllüdlü Qaraş İbrahimovun aralarında yaranmış mübahisə zamanı arvadı Günel İbrahimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Qaraş İbrahimov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Fakta görə Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:29]
“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur
- 11.06.2026 [14:07]
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
- 11.06.2026 [13:29]