ASK Ayaqqabı Fabriki cəbhədə vuruşan igid oğullarımızı əsgər çəkmələri ilə təmin edib
Bakı, 12 oktyabr, AZƏRTAC
Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda qəhrəmanlıq salnaməsi yazan Ordumuza maddi-mənəvi dəstək məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan "ASK Ayaqqabı Fabriki" MMC-in əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna aylıq əməkhaqlarını ianə ediblər.
ASC-dən AZƏRTAC-a bildirilib ki, ön və arxa cəbhənin qələbə naminə, Vətən adlı müqəddəs amal uğrunda bir yumruq kimi birləşdiyi bu günlərdə "ASK Ayaqqabı Fabriki" MMC Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin müraciəti əsasında cəbhədə vuruşan igid oğullarımızı əsgər çəkmələri ilə təmin edib.
Qeyd edək ki, "ASK Ayaqqabı Fabriki” MMC Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üçün hərbi təyinatlı ayaqqabıların istehsalı ilə məşğuldur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]