ASTARADA ÇƏLTİK YIĞIMINA BAŞLANMIŞDIR
Astara, 4 sentyabr (AZƏRTAC). Astara rayonunda çəltik yığımına başlanmışdır.
Bu il rayonda düyü istehsalı ilə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri 350 hektar sahədə çəltik becərmişlər. Bu, ötən illə müqayəsədə 50 hektar çoxdur.
Rayonda avqustun sonu və sentyabrın əvvəli çəltik yığımının qızğın vaxtıdır. Bu dövrdə hava şəraitinin yağıntılı keçməsi biçinin gecikməsinə səbəb olmuşdur.
Yerli sahibkarların sözlərinə görə, bu il məhsuldarlıq ötən illə müqayisədə aşağı olmuşdur. Bunun səbəbi hava şəraitinin quraq keçməsidir.
Bu il ən çox çəltik əkini rayonun Artupa kəndində olmuşdur - 120 hektar. Əkinə görə kənd təsərrüfatı istehsalçılarına subsidyalar verilmişdir. Əkinçilər daha çox «Haşimi», «Həsəni», «Sədri», «Xəzər», “Çin” və “Şaban” növündən olan çəltik toxumlarına üstünlük verirlər.
Rayonun dağətəyi kəndlərinin sakinləri də çəltikçiliklə məşğul olurlar. Əkinçilər çəltikçilikdə yüksək məhsuldarlıq əldə etmək üçün yeni toxumların əkilməsi və mini texnikadan istifadə olunmasını vacib şərt hesab edirlər.
Çəltik əkini zamanı mineral gübrələrdən istifadə edilmir. Buna görə də Astarada istehsal edilən düyü ekoloji cəhətdən ən təmiz məhsul hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]