“Aston Martin” komandası cari mövsümün üç mərhələsində bütövlükdə ötən ildəkindən çox xal qazanıb
Bakı, 4 aprel, AZƏRTAC
Formula 1-in Böyük Britaniyaya məxsus “Aston Martin” komandası çempionatda özünün ötənilki göstəricilərini üstələyib.
AZƏRTAC xəbər verir ki, yürüş kollektivi 2022-ci ildə ümumilikdə 55 xal toplayıb. Cari mövsümdə isə təkcə ilk üç Qran-Pridən sonra “Aston Martin”in aktivində artıq 65 xal var.
“Aston Martin” ötən mövsümdə Konstruktorlar Kubokunda yeddinci yeri tutub. Komanda cari mövsümdə hazırda ikinci mövqedədir. Reytinqə hazırda Avstriyanın “Red Bull” komandası (123 xal) başçılıq edir, güclülər üçlüyünü 56 xalla “Mercedes” qapayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]