Avarçəkmə üzrə Bakı çempionatı keçirilir
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtda Bulvar ərazisində, “Milan Expo”nun qarşısında avarçəkmə üzrə Bakı çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, çempionatda paytaxtla yanaşı, Mingəçevirdən olan 70-ə yaxın yeniyetmə və gənc yarışır. İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparırlar.
Bakı çempionatında fərqlənən idmançılar gələcəkdə milli komandanın heyətinə cəlb olunacaqlar.