Аviabiletləri onlayn əldə edən sərnişinlərin nəzərinə VİDEO
Bakı, 22 fevral (AZƏRTAC). “Azərbaycan Hava Yolları - AZAL” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sərnişinlərə müraciət etmişdir.
AZAL-dan AZƏRTAC-a bildirmişlər ki, kredit kartları ilə bağlı saxtakarlıq faktlarına yol verilməməsi məqsədi ilə uçuşa qeydiyyat zamanı hava limanı heyətinin (və ya rəsmi nümayəndə tərəfindən) tələbi əsasında, aviabiletin rəsmiləşdirilməsi zamanı istifadə olunan kredit kartı müvafiq məlumatların yoxlanılması və müqayisəsi üçün həmin məsul əməkdaşlara təqdim olunmalıdır.
Aviaşirkətin rəsmi internet səhifəsi www.azal.az vasitəsilə rəsmiləşdirilmiş aviabiletdə tarixin dəyişdirilməsi və ya aviabiletin qaytarılması üçün +99412-598-88-80 telefon nömrəsi, həmçinin [email protected] elektron ünvanı ilə əlaqə saxlanılması xahiş olunur (aviabiletin rəsmiləşdirilməsi zamanı istifadə olunan kredit kartının və pasportun soyad/ad qeyd olunan surətinin əksi elektron ünvanında göndərilməsi şərtilə).