“Avro-2024”: Azərbaycan millisi seçmə mərhələdə sonuncu oyununu keçirib
Bakı, 19 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində sonuncu oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv səfərdə Belçikanın qonağı olub. "Kinq Baudouin” stadionunda oynanılan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qırmızı şeytanlar"ın heyətində qollardan dördünü Romelu Lukaku vurub. Otuz yaşlı hücumçu 17-ci, 26-cı, 30-cu və 37-ci dəqiqələrdə fərqlənib. Son nöqtəni isə 90-cı dəqiqədə Leandro Trossard qoyub.
Azərbaycan millisi 24-cü dəqiqədə azlıqda qalıb. Eddi İsrafilov 24-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarını 20-yə çatdıran Belçika yığması qrup lideri olub. 7 xalı olan Azərbaycan millisi isə F qrupunu 4-cü sırada tamamlayıb.
Qeyd edək ki, bu qrupun digər oyununda İsveç millisi evdə Estoniyanı 2 cavabsız qolla üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]