Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Azərbaycanın multikulturalizmi inkişaf etdirmək siyasətinə böyük maraq göstərir

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Brüsseldə, Avropa Parlamentində “Sərhədsiz insan hüquqları” adlı qeyri-hökumət təşkilatının (Belçika) “Azərbaycan: Etnik müxtəliflik, dinc birgəyaşama və dövlət idarəçiliyi” adlı tədqiqat işinin təqdimatı keçirilib. Bu tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov iştirak və çıxış edib. AZƏRTAC E.Nəcəfovdan tədbirlə bağlı aldığı məxsusi müsahibəni təqdim edir.

- Sentyabrın 29-dan oktyabrın 2-dək Varşavada ATƏT-in İnsan meyarı üzrə illik görüşündə iştirak etdiyini söyləyən E.Nəcəfov bildirdi ki, tədbir çərçivəsində Belçikanın “Sərhədsiz insan hüquqları” qeyri-hökumət təşkilatı “Azərbaycan: Etnik müxtəliflik, dinc birgəyaşama və dövlət idarəçiliyi” adlı tədqiqat işinin təqdimatını keçirdi. Tədqiqat işinin müəllifi və bu təşkilatın direktoru Villi Fautrenin apardığı tədbirdə müzakirələr zamanı mən də çıxış edərək fikirlərimi söylədim. Müəllif Villi Fautre bu tədqiqat işinin növbəti təqdimatının daha geniş formatda oktyabrın 15-də Brüsseldə, Avropa Parlamentində keçiriləcəyini bildirdi və orada çıxış etməyimi təklif etdi.

Beləliklə, təxminən 200 nəfərin - Avropa Parlamentinin rəsmilərinin, səfirliyimizin əməkdaşlarının, müxtəlif QHT-lərin nümayəndələrinin, Azərbaycan, türk diasporu üzvlərinin, alimlərin, universitet tələbələrinin qatıldığı tədbirdə rəhbərliyin tapşırığına əsasən mən də iştirak etdim.

Avropa Parlamentinin deputatı Giorgi Şöflinin apardığı tədbirdə əvvəlcə Villi Fautre çıxış edərək hazırladığı tədqiqat işinin əsas müddəalarını diqqətə çatdırdı. Daha sonra Azərbaycandakı rus icmasının nümayəndəsi Yelena Voronina və yunan icmasının sədri Səidə Mehdiyeva çıxış etdilər.

- Adətən xarici ölkələrdəki bəzi QHT-lər Azərbaycanın uğurlarına qərəzli mövqedən yanaşır, həqiqəti təhrif edirlər. Bu baxımdan “Sərhədsiz insan hüquqları” təşkilatının direktoru Villi Fautrenin tədqiqatını necə qiymətləndirmək olar?

- Villi Fautrenin hazırladığı “Azərbaycan: Etnik müxtəliflik, dinc birgəyaşama və dövlət idarəçiliyi” adlı tədqiqat işi xarici müəllif tərəfindən ölkəmiz haqqında yazılan obyektiv, qərəzsiz, həqiqəti düzgün əks etdirən bir elmi işdir. Ölkəmizin uğurlarını gözü götürməyən qüvvələrin dezinformasiya yaydıqları bir dövrdə bu tədqiqat işinin əhəmiyyəti olduqca böyükdür. Tədqiqat işində müəllif konkret faktlara istinad edərək Azərbaycanın etnik-mədəni müxtəlifliyə malik tolerant ölkə olduğunu, ermənilərin Dağlıq Qarabağ münaqişəsindən sonra da ölkəmizdə yaşadıqlarını, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini, Xocalıda soyqırımı törətdiyini və bir çox həqiqətləri göstərib. Villi Fautre yazır ki, etnik-mədəni müxtəlifliyə malik olan ölkələr bu müxtəliflik zəminində qarşıdurmaların, münaqişələrin qarşısını almaq üçün Azərbaycanın təcrübəsini öyrənməlidir. Sözsüz ki, Azərbaycan haqqında bu fikirlərin avropalı müəllif tərəfindən Avropada təqdim olunması böyük praktiki əhəmiyyət daşıyır.

Müəllifin gəldiyi nəticələri tezislər şəklində qısaca olaraq aşağıdakı kimi ifadə etmək olar: Azərbaycan tarixən etnik-mədəni müxtəlifliyə malik tolerant bir ölkə olub və hazırda da belədir; Azərbaycanda multikulturalizm siyasətinin həyata keçirilməsi üçün əlverişli şərait var; Azərbaycanın müasir tarixində, xüsusilə ötən əsrin 90-cı illərində etnik və dini zəmində baş verən problemlərin səbəbləri dövlət idarəçiliyinin səmərəsizliyində deyil, ölkəmizə düşmən olan qüvvələrin müdaxiləsi ilə bağlıdır; Azərbaycan dövlətinin etnik və etnik-dini müxtəlifliyi səmərəli idarəetmə təcrübəsini digər çoxmillətli, çoxkonfessiyalı dövlətlər öyrənməlidir.

- Sizcə, müəllif bu nəticələri necə və hansı metodlarla əldə edib?

- Müəllif həmin nəticələri üç əsas mənbədən əldə edib. İlk növbədə o, Azərbaycanın tarixinə müraciət edir və ölkəmizin tarixən multikultural bir ölkə olduğunu göstərib. İkincisi, müəllif empirik materiallardan geniş istifadə edib. Daha konkret desək, o, müasir dövrdə ölkəmizdə yaşayan etnik azlıq qrupları tədqiq edib. Üçüncüsü, müəllif Azərbaycanda etnik-mədəni müxtəlifliyin idarə olunmasında dövlət siyasətinin təhlilini aparıb. Bu isə müasir Azərbaycanda multikulturalizm siyasətinin həyata keçirilməsində dövlətin aparıcı rol oynadığını göstərir.

- Bu tədbir Azərbaycanın tolerant, multikultural ölkə olması haqqında həqiqətləri bir daha diqqətə çatdırmaq üçün əlverişli fürsət idi...

- Doğrudur, mən də çıxışımda bu məsələlərdən danışdım. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi “Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir” fikrini diqqətə çatdırdım. Dedim ki, Prezident İlham Əliyevin 2014-cü il 28 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin yaradılması Azərbaycan dövlətinin multikulturalizm siyasətinə xüsusi önəm verməsinin bariz göstəricisidir. Mən xidmətin qısa müddət ərzində yerinə yetirdiyi və hazırda üzərində çalışdığı layihələr haqqında məlumat verdim. Bildirdim ki, bu istiqamətdə həyata keçirilən növbəti mühüm addımlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasıdır. Diqqətə çatdırdım ki, bu nadir Mərkəz fəaliyyətini Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmağa və mütərəqqi multikulturalizm modellərini tədqiq və təşviq etməyə yönəldib.

Auditoriyanın suallarının böyük əksəriyyəti də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti barədə oldu. Bu, beynəlxalq aləmdə Azərbaycanın multikulturalizmi inkişaf etdirmək siyasətinə böyük marağın olduğunu sübut edir. Bunu tədbirin Avropanın bir sıra KİV-lərində verilmiş “Yeni elmi tədqiqat göstərir ki, Azərbaycan tolerantlığın modelidir”, “Multietnik müxtəlifliyi düzgün idarə etmək üçün Azərbaycan modelindən öyrənmək lazımdır” və s. sərlövhəli yazılar da təsdiqləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək