AVROPA BİRLİYİ RANTİSİNİN ÖLDÜRÜLMƏSİNİ PİSLƏMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə bildirilir ki, Avropa Birliyinin rəhbərliyi “Həmas”ın lideri Əbdül Əziz Rantisinin İsrail tərəfindən öldürülməsini kəskin surətdə pisləmişdir. AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Xavyer Solana bu cür əməliyyatlar aparılmasının əleyhinə çıxaraq demişdir: “Bu qanunsuz qətl Yaxın Şərqdə sülhün bərqərar olmasına kömək etməyəcəkdir”. O, eyni zamanda, vurğulamışdır ki, əlbəttə, İsrailin öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək hüququ var, amma “belə üsulla yox”.
X.Solana nəzərə çarpdırmışdır ki, Təl-Əviv Ə.Rantisinin aradan götürülməsi üçün qətiyyən münasib vaxt seçməmişdir, çünki dünya birliyi hazırda Baş nazir Ariel Şaronun İsrail əsgərlərinin Qəzzə bölgəsindən çıxarılması planlarını dəstəkləmək məsələsini müzakirə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]