AVROPA BİRLİYİNİN CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ BAKIYA GƏLMİŞDİR
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, H.Talvitye səfər çərçivəsində dövlət və hökumət rəsmiləri ilə görüşəcək, Azərbaycanın Qərbə inteqrasiyası, Avropa dəyərlərinin mənimsənilməsi, demokratiyanın inkişafı məsələləri müzakirə olunacaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları xüsusi müzakirə mövzusu olacaqdır.
Nazirlikdən onu da bildirmişlər ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Ona görə ki, bu təşkilatın ATƏT-in Minsk qrupunda xüsusi çəkisi vardır. Avropa Birliyi Minsk qrupu həmsədrləri ilə birlikdə danışıqlarda iştirak edə və ya həmsədrlərdən birinə AB adından danışmaq səlahiyyəti verə bilər.