Avropa çempionatı: Azərbaycan voleybol millisinin rəqibləri bəlli olub
Bakı, 5 oktyabr, AZƏRTAC
Qadın voleybolçular arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov, AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova da tədbirdə iştirak ediblər. Tədbir İtaliyanın Bari şəhərindəki məşhur Norman-Svabian Qalasında təşkil olunub.
Püşkatma nəticəsində ardıcıl 11-ci dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin rəqibləri bəlli olub. Çempionatın ev sahiblərindən biri olan ölkəmizdə C qrupunun oyunları keçiriləcək. Millimizin qrupdakı rəqibləri Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniyadır. Komanda 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.
Avropa çempionatı 2026-cı ildə Azərbaycan, Türkiyə, Çexiya və İsveçin ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]