Avropa çempionatı: Qadın şahmatçılarımızın da səkkizinci turda qarşılaşması heç-heçə ilə nəticələnib
Bakı, 20 noyabr, AZƏRTAC
Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət komandasının da səkkizinci turda qarşılaşması heç-heçə ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, qadın şahmatçılarımız səkkizinci turda Macarıstan yığması ilə üz-üzə gəliblər. Qarşılaşma 2:2 hesabla başa çatıb. Belə ki, şahmatçılarımızdan Gövhər Beydullayeva rəqibi üzərində qələbə qazanıb, Günay Məmmədzadə, Gülnar Məmmədova heç-heçə ediblər, Xanım Balacayeva isə məğlub olub.
Qeyd edək ki, kişi şahmatçılarımızın səkkizinci turda Ukrayna yığması ilə qarşılaşması da heç-heçə ilə nəticələnib.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]