Avropa çempionatında iki boksçumuz dörddəbir finala yüksəlib
Bakı, 19 iyun, AZƏRTAC
İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, 41 ölkənin təmsilçilərinin qatıldıqları yarışın ikinci günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb. Birinci görüşdə gürcü Uça Jorjolianiyə qalib gələn Ruslan Rüstəmov (64 kq) səkkizdəbir finalda rusiyalı Maqomed Şamsayev ilə qarşılaşıb. Boksçumuz bu qarşılaşmanı da qələbə ilə başa vurub - 4:1. O, dörddəbir finalda Almaniya təmsilçisi David Gevorqyan ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 21-də baş tutacaq.
Mirəşrəf Kazımzadə (75 kq) isə yarışa Gürcüstanı təmsilçisi Arşak Yelizbaryanı məğlub etməklə başlayıb. O, səkkizdəbir finalda macarıstanlı Robert Cservenkadan üstün olub - 5:0. M.Kazımzadə iyunun 21-də dörddəbir finalda ukraynalı Boqdan Tolmaçovu sınağa çəkəcək.
Bu gün daha beş boksçumuz səkkizdəbir final qarşılaşmasına çıxacaq.
Yığmamızın yarışa 7 idmançı ilə qatılıb. Turnirin final görüşləri iyunun 24-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]