Avropa İnvestisiya Bankı ilə əməkdaşlıq inkişaf edir
Bakı, 31 may, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İnvestisiya Bankının (AİB) Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Matsey Çura ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə bankın maliyyələşdirmə mexanizmləri barədə məlumat verilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər AİB-lə əməkdaşlığın inkişafı, potensial layihələr, alternativ enerji mənbələrinin, özəl sektorun, xüsusilə Kiçik və Orta Biznesin İnkişafı Agentliklərinin (KOBİA) maliyyələşdirilməsi, Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.