Avropa İttifaqı sammiti vaksinasiya sertifikatlarının tezliklə tətbiqinə çağırıb
Bakı, 25 may, AZƏRTAC
Avropa İttifaqının 27 üzv ölkəsinin liderləri Brüsseldə keçirilən sammitdə qurum daxilində yaşıl rəqəmsal buraxılışların (vaksinasiya sertifikatlarının) tez bir zamanda tətbiq olunmasını dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı sammitinin mayın 25-də dərc olunan yekun bəyanatında deyilir.
“Avropa İttifaqı Şurası və Avropa Parlamenti arasında əldə olunan və iyulun 1-dən etibarən qüvvəyə minəcək yaşıl rəqəmsal sertifikatlar üzrə sazişi alqışlayır və onun tez bir zamanda həyata keçirilməsinə çağırırıq”, - deyə sənəddə bildirilir.
Qeyd edək ki, ötən həftə ədliyyə məsələləri üzrə Avropa Komissiyasının üzvü Didye Reinders iyulun 1-dən etibarən üç növ məlumatın - vaksinasiyanın, mənfi test nəticələrinin və ya sağalma halının sertifikasiya ediləcəyini bildirib. Avropa İttifaqının bütün vətəndaşları COVID pasportunu rəqəmsal və ya kağız şəklində pulsuz əldə edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]