Avropa İttifaqı Ukraynanın kənd təsərrüfatı məhsullarına kvota tətbiq edib
Bakı, 20 mart, AZƏRTAC
Gərgin müzakirələrdən sonra Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri və Avropa Parlamenti Ukraynadan idxal olunan kənd təsərrüfatı məhsullarına kvota tətbiqinə dair razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, yumurta, quş əti, yulaf, qarğıdalı və bala kvota tətbiqi barədə razılıq əldə olunub. Lakin taxıl və arpaya limit tətbiq edilməyib.
Yeni kvotanın yaxın 21 gündə müəyyən edilməsi qərara alınıb. Qərarın qüvvəyə minməsi tarixi iyunun 1-nə müəyyən edilib. Kvotadan artıq idxal ediləcək kənd təsərrüfatı məhsullarına isə ümumi qaydada gömrük rüsumu tətbiq olunacaq.
Qeyd edək ki, son aylarda Avropada kütləvi aksiyalar keçirən fermerlərin başlıca tələbi Ukraynanın kənd təsərrüfatı məhsullarına güzəştin ləğv edilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]