Avropa İttifaqı və Böyük Britaniya sammit ərəfəsində ilkin razılıq əldə edib
London, 19 may, AZƏRTAC
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik, balıqçılıq və gənclər mobilliyi sahələrində ilkin razılıq əldə olunub.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Aİ rəsmiləri məlumat veriblər. Razılaşma bu gün Londonda keçiriləcək Aİ–Britaniya sammiti öncəsində əldə olunub. Hazırda sənəd İttifaqın 27 üzvü tərəfindən yazılı prosedurla təsdiq mərhələsindədir. Sazişə əsasən, Aİ-yə məxsus balıqçı gəmiləri 2038-ci ilin iyun ayına qədər Britaniya sularına tam qarşılıqlı əsasda çıxış hüququ qazanacaq. Razılaşma müddəti 12 il müəyyən edilib və mövcud şərtlərin böyük ölçüdə saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu razılaşma “Brexit”dən sonra Böyük Britaniya ilə Aİ arasında münasibətlərin ən əhəmiyyətli şəkildə yenidən qurulması kimi qiymətləndirilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]