Avropa İttifaqının energetika sistemində günəş enerjisinin payı 22 faizi ötüb
Bakı, 11 iyul, AZƏRTAC
Avropa İttifaqında günəş enerjisi ilk dəfə nüvə və külək enerjisini qabaqlayaraq ən böyük elektrik mənbəyinə çevrilib.
AZƏRTAC xəbər verir ki, enerji sahəsi üzrə “Ember” analitik mərkəzinin məlumatına görə, ötən ay Avropa İttifaqında elektrik enerjisinin 22,1 faizi günəş panelləri vasitəsilə əldə olunub. Bir il öncə isə bu göstərici 18,9 faiz idi. Rekord səviyyədə günəş aktivliyi və günəş panellərinin sayının artırılması sayəsində elektrik enerjisi istehsalı saatda 45,4 teravat səviyyəsinə çatıb.
Günəş enerjisinin rekord göstəriciləri iyunun sonunda Avropa qitəsini əhatə edən anomal istiliyin yaratdığı artan elektrik tələbatının öhdəsindən gəlməyə imkan verib.
Qeyd edək ki, bu göstəriciyə görə günəş enerjisini nüvə enerjisi (21,8 faiz) və külək enerjisi (15,8 faiz) izləyir. Eyni zamanda, enerji istehsalında kömürün payı rekord səviyyədə aşağı düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]