Avropa Kuboku: “Sabah” bu gün Belçika klubu ilə qarşılaşacaq
Bakı, 30 oktyabr, AZƏRTAC
“Sabah” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, G qrupunda mübarizə aparan Bakı təmsilçisi doğma meydanda Belçikanın "Spiru" klubunu qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Komandalar arasında ilk matç rəqibin 82:81 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, Rimas Kurtinaytisin başçılıq etdiyi komanda daha əvvəl, həmçinin evdə "Marussi"yə (Yunanıstan) 70:82, "Norrçepinq Dolfins"ə (İsveç) isə 70:74 hesabı ilə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]