Avropa ölkələri və İranın xarici işlər nazirləri İsveçrədə görüşəcəklər
London, 20 iyun, AZƏRTAC
Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri bu gün Cenevrədə iranlı həmkarları Abbas Araqçi ilə danışıq aparacaqlar.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, görüşün əsas məqsədi İsrail və İran arasındakı gərginliyi azaltmaq və qarşıdurmaya diplomatik həll yolu tapmaqdır.
Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın da görüşdə iştirakı gözlənilir. Fransanın xarici işlər naziri Jan Noel Barro bildirib ki, danışıqlar İranın nüvə və ballistik raket proqramlarının davamlı şəkildə məhdudlaşdırılması məqsədi daşıyır.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi X platformasında paylaşdığı açıqlamada qeyd edib ki, Yaxın Şərqdə baş verən ağır mənzərələrə son qoymağın və heç kimin xeyrinə olmayan regional eskalasiyanın qarşısını almağın zamanıdır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]