Avropa Oyunları: Güllə atıcımız Ruslan Lunyov günü medalsız başa vurub
Krakov, 30 iyun, AZƏRTAC
Polşada keçirilən III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançısı Ruslan Lunyov yarışı mükafatsız başa vurub. Tapançadan 25 mter məsafəyə atəşaçma yarışlarında çıxış edən təmsilçimiz təsnifat mərhələsində 600 mümkün xaldan 581-ni toplayaraq altıncı olub. O, final mərhələsinə yüksələn səkkiz idmançı arasında qərarlaşıb. Bu raund iki hissədən ibarət olub.
Güllə atıcıları əvvəlcə iki “dördlük”də yarışaraq mükafatlar uğrunda mübarizə aparanları müəyyənləşdiriblər. Lunyov ikinci “dördlük”də 9 xal toplayaraq sonuncu olub və medal şansını itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]