Avropa sakinlərini daha çox narahat edən nədir?
Berlin, 13 yanvar, AZƏRTAC
Qədəmlərini yenicə qoyan 2023-cü ildə avropalıları daha çox narahat edən hansı məsələlərdir?
AZƏRTAC xəbər verir ki, Avropa Parlamentinin sifarişi ilə ictimai rəylə bağlı yeni tədqiqat göstərir ki, Köhnə Dünya sakinlərinin əsas narahatlığı inflyasiya ilə əlaqədardır. Rəyi soruşulanların 93 faizi öz narahatlıqlarını ərzaq və enerjidaşıyıcılarının qiymətlərinin artması ilə bağlayırlar. Sonrakı yerləri 81 faizlə qlobal istiləşmə və müharibə təhdidləri ilə bağlı narahatlıqlar tutur.
Avropalılar Ukraynadakı müharibənin Aİ ölkələrinə də yayılması ehtimalından narahatlıq keçirirlər. Rəyi soruşulanlar hesab edirlər ki, Avropa İttifaqının mərkəzi olaraq Brüssel birinci növbədə yoxsulluğa, sosial təbəqələşməyə və işsizliyə qarşı mübarizə, sağlamlığın qorunması sahəsində vəziyyətin yaxşılaşdırılması, iqlimin mühafizəsi tədbirlərinə diqqət ayırmalıdır.
Almanlar demokratiya və hüquq sistemi sahəsində aparılan islahatlara üstünlük verirlər. Onlar, həmçinin iqlimin mühafizəsi sahəsində və iş yerlərinin yaradılmasında keyfiyyətli dəyişikliklər gözləyirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]