Avropa Yenidənqurma və İnkişaf Bankı Tacikistan iqtisadiyyatına 731 milyon avro sərmayə qoyub
Düşənbə, 4 mart, АZƏRTAC
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Tacikistan iqtisadiyyatının müxtəlif sahələrində həyata keçirilən 139 layihəyə 731 milyon avro sərmayə qoyub.
AZƏRTAC Tacikistan mətbuatına istinadla xəbər verir ki, AYİB və Avropa İttifaqının İnvestisiya Fondu Tacikistanın ən böyük şəhərlərindən olan Kulyabın su təchizatı sisteminin modernləşdirilməsi, nasos stansiyalarının yenidən qurulması və su sayğaclarının alınması üçün 7,5 milyon avro vəsait ayırıb.
Materialda bildirilir ki, Böyük İpək Yolu üzərində yerləşən qədim Kulyab şəhərinin su təchizatı sisteminin yenidən qurulması, əhalinin fasiləsiz içməli su ilə təmin olunması ölkə həyatının prioritet məsələlərindən biridir.
AYİB ölkənin su sistemlərinin yenidən qurulmasına 2004-cü ildə başlayıb və indiyədək ölkənin 23 şəhərində içməli su infrastrukturu yenidən qurulub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]