Avropada qazın qiyməti 10 faizdən çox artıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçılarından olan Avstraliyada bəzi obyektlərin işçilərinin tətili səbəbindən Avropada təbii qaz qiymətləri 10 faizdən çox bahalaşıb.
AZƏRTAC xəbər verir ki, TTF-də (Niderlandın “Title Transfer Facility”i - Avropanın ən likvid virtual satış mərkəzi) oktyabr fyuçers qaz müqaviləsinin qiyməti dünən 32,75 avro olub. Qazın qiyməti bu gün 10,5 faiz artaraq 36,2 avrodan bazara çıxarılıb.
ABŞ-ın “Chevron” kompaniyasının Avstraliyadakı LNG qurğuları qlobal LNG təchizatının təxminən 5 faizini təmin edir. Avstraliya keçən il 80,9 milyon ton LNG ixracatı ilə dünyanın ən böyük ixracatçısı olduğu halda, qlobal LNG ticarətində 20,1 faiz paya sahib idi.
Avstraliyanın Avropaya birbaşa LNG tədarükü məhdud olsa da, Rusiya-Ukrayna müharibəsindən sonra qitəyə Rusiya qazının tədarükünün kəskin şəkildə azalması Avropanın LNG-dən asılılığını artırdı. Ona görə də qlobal LNG bazarlarında tədarüklə bağlı narahatlıqlar Avropada qaz qiymətlərinə təsir edir və mövcud risklər qiymət dəyişikliyinə səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]