Avropalıların öz iqtisadiyyatlarına inamı azalıb
Budapeşt, 24 aprel, AZƏRTAC
İstehlakçılar və sahibkarlar arasında Avropa İttifaqı ölkələrinin iqtisadiyyatlarına inam əvvəlki ayla müqayisədə azalıb.
AZƏRTAC xəbər verir ki, bunu Aİ-nin statistik xidmətlərinin məlumatları sübut edir. Məcmu inam göstəricisi Aİ üzrə orta hesabla aylıq 2,8 bənd azalaraq 96,7-ə düşüb. Biznes əminliyi indeksi ən çox sənaye sektorunda düşüb, buna səbəb tələbatın olmamasıdır.
İstehlakçılar arasında böhran əhvali-ruhiyyəsi artır, onlar Avropadakı iqtisadi vəziyyət, xüsusən də qiymət artımı ilə bağlı narahatlıqlar səbəbindən təmkinli olurlar. Ümumi iqtisadi vəziyyətin növbəti 12 ayda daha da pisləşəcəyini gözləyənlərin payı apreldə mart ayı ilə müqayisədə artıb. Maddi vəziyyətinin pisləşəcəyini gözləyən ev təsərrüfatlarının payı da çoxalıb. Ardıcıl ikinci aydır ki, yaxın on iki ayda böyük alış-veriş etməyi planlaşdırmayan respondentlərin sayında da artım var.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]