Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropanın idman federasiyaları Ermənistanın “bayraq terroruna” qarşı ədalətli qərar qəbul etməlidirlər

Avropanın idman federasiyaları Ermənistanın “bayraq terroruna” qarşı ədalətli qərar qəbul etməlidirlər

Bakı, 18 aprel, AZƏRTAC

Bir neçə gün əvvəl Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində baş verən barbarlıq ermənilərin faşist xislətini bir daha dünyaya nümayiş etdirdi. Mərasim zamanı Azərbaycan Bayrağı səhnəyə gətirilərkən Ermənistan İctimai Televiziyasının stilisti, tanınmış dizayner, tədbirin təşkilatçılarından olan Aram Nikolyanın qaçaraq, qızın əlindən bayrağımızı qapıb və onu yandırması bu millətin faşistlərdən də qəddar olmasından xəbər verir. Aram Nikolyan saxlanılaraq polis bölməsinə aparılsa da, qısa müddətdən sonra azad edilib. Polis bölməsinin qarşısına onu dəstəkləmək üçün yığışan ermənilər Nikolyanı “qəhrəman” kimi alqışlarla qarşılayıblar. Göründüyü kimi, bir neçə ay əvvəl Tehranda Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edən quldur da görüntü xatirinə polisə aparılmış, sonradan ruhi xəstə adı ilə buraxılmışdı. “Ruhi xəstə” isə televiziya kanallarına sərbəst müsahibə verərək törətdiyi terror hücumu barəsində rahatlıqla danışırdı. Erməni terrorçusu da başqa dövlətin - Azərbaycanın Bayrağını yandırmaqla özünü qəhrəman kimi göstərib. Hayastanla qardaşlaşan İranın oxşar hərəkətləri cavabsız qalmayacaq. Mütləq bunun layiqli cavabını alacaqlar.

Bu fikirləri siyasi şərhçi Əliqismət Bədəlov AZƏRTAC-a açıqlamasında bildirib.

O deyib ki, bütövlükdə Avropanın idman federasiyaları da ikili standartlar mərəzinə tutulub. Bir sıra idman federasiyaları idmanı siyasi alver meydanına çevirib. Ermənipərəstlər idmandan da siyasi məqsədlər üçün istifadə edirlər. Görünür, Azərbaycanın Vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın etməsi avropalı ermənipərəst diplomatlarla yanaşı, bəzi idman federasiyalarının rəhbərlərini də yandırıb-yaxır: “Biz dəfələrlə UEFA turnirlərində “Qarabağ” futbol komandasına qarşı təxribatların, oyun zamanı hakimlərin ədalətsizliyinin şahidi olmuşuq. Bu dəfə ağır atletika üzrə Avropa birinciliyi zamanı erməni vəhşiliyinin şahidi olduq. Ermənilər çox yaxşı bilirlər ki, Azərbaycan idmançıları nəinki Avropanın, hətta dünyanın ən güclülərindəndir və bu yarışlarda da azərbaycanlı idmançılar mütləq çempion olacaq və İrəvanda Azərbaycanın Dövlət Himni səsləndiriləcək və himnimizi ayaq üstə dinləmək məcburiyyətində olacaqlar. Bir neçə il əvvəl də belə olmuşdu. Cüdoçularımızdan biri İrəvanda keçirilən beynəlxalq turnirdə çempion olaraq Azərbaycanın Dövlət Himnimizin səsləndirilməsinə nail olmuşdu”.

Ə.Bədəlov bildirib ki, Ermənistanda hələ də Vətən müharibəsindəki rüsvayçı məğlubiyyəti həzm edə bilmirlər. Bu yarışdakı qələbəmiz də Qələbə seriyalarının davamı olacaqdı. Ermənilər hələ də dərk edə bilmirlər ki, idman dostluq, əməkdaşlıq, sülh, əmin-amanlıqdır. Amma onlar idmandan da çirkin məqsədlər naminə istifadə edirlər. Bu, biabırçılıq, həm də Ermənistanın beynəlxalq səviyyəli idman yarışı keçirmək iqtidarında olmadınğından xəbər verir. “Mən həm də bu yarışı keçirən Avropa Ağır Atletika Federasiyasını (AAAF) qınayıram. Söz yox ki, AAAF ötən gün Ermənistanın paytaxtı İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılmasını qəti şəkildə pisləyib, bu barədə bəyanat da yayıb. Ancaq məsələ bununla bitmir. Federasiya daha qətiyyətli qərar qəbul etməli idi. Ən azı yarış yarımçıq dayandırılmalı və ya nəticələr ləğv edilməli, Ermənistan ciddi cəzalandırılmalı idi. Bu vaxta qədər Ermənistanın işğalçılıq siyasəti ilə bağlı əksər nüfuzlu beynəlxalq təşkilatlar çoxlu sayda bəyanatlar verib, qətnamələr qəbul ediblər. Ermənistan bunların hansından nəticə çıxardı ki, Avropa Ağır Atletika Federasiyasının da bəyanatından nəticə çıxarsın?”, - deyə Ə.Bədəlov qeyd edib.

Siyasi şərhçi 2015-ci ildə birinci Avropa Oyunları zamanı Bakıda baş vermiş bir hadisəni xatırladaraq deyib ki, həmin yarışlarda Ukrayna komandasının tərkibində çıxış edən erməni əsilli idmançı mükafata layiq yer tutmuşdu. İdmançıların mükafatlandırılması zamanı Prezident İlham Əliyev medalı erməni idmançının boynundan asmağa hazırlaşarkən, zalda səs-küy yarandı. Ancaq Prezidentin əlinin bir işarəsi ilə zalda tam sakitlik yarandı və erməni əsilli idmançı mükafatına sahib çıxdı. Təbii ki, Prezident İlham Əliyevin bu jesti həm dövlət başçılarına, həm də beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkələrin başçılarına nümunə olmalıdır. Əslində, Ermənistanın baş naziri də Azərbaycan Bayrağını yandırmaqla beynəlxalq miqyaslı yarışı pozan erməniyə cəza verməklə jest etməli idi. Ancaq bu jesti Nikol Paşinyandan gözləmək olmaz: “Bizdə bir el məsəli var: Başçısı gülüm olanın, başına külüm olar. Rəhbəri Nikol Paşinyan olan ölkənin vətəndaşları da belə xain və faşist xislətli insanlar olmalıdırlar.

“Ermənistan 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarına 25 idmançı ilə qatılmışdı. Həmin yarış zamanı onlar Bakıda hər hansı xoşagəlməz insidentlə qarşılaşmadılar. Bu, Azərbaycanın beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsinin növbəti nümunəsi idi. Ermənistanda isə təşkil olunan beynəlxalq idman yarışının açılışı zamanı iştirakçı dövlətdən birinin bayrağının yandırılması bu ölkənin terroru dəstəklədiyi tarixi hadisədir. Bu, ondan xəbər verir ki, Ermənistanın öz ərazisində hər hansı beynəlxalq səviyyəli, o cümlədən idman yarışını təhlükəsiz təşkil edə biləcəyi şübhə doğurur. Beynəlxalq idman təşkilatları qətiyyət nümayiş etdirməli, bundan sonra Ermənistanda hər hansı mötəbər yarışın təşkilindən imtina etməlidirlər”, - deyə Ə.Bədəlov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb