Avrozonada inflyasiya kəskin azalıb
Roma, 30 avqust, AZƏRTAC
Avrozonada inflyasiya səviyyəsi avqust ayında 2,2 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (Eurostat) məlumatına görə, avqustda Avrozonada istehlak qiymətləri indeksi isə iyul ayı ilə müqayisədə 0,2 faiz artıb.
Ötən ay Avrozonada 2,6 faizlik inflyasiya qeydə alınmışdı.
Avqustda ən yüksək qiymət artımı 4,2 faizlə xidmət sektorunda qeydə alınıb. Qida, alkoqollu içkilər və tütün məmulatlarının qiyməti 2,4 faiz, qeyri-enerji sənayesi məhsullarının qiyməti 0,4 faiz artıb, enerji məhsullarının qiyməti isə 3 faiz azalıb.
İtaliyada isə inflyasiya 1,3 faiz təşkil edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]