Avstriya Əfqanıstandakı sonuncu sülhməramlılarını da bu ölkədən çıxarır
Vyana, 17 iyun, AZƏRTAC
Əfqanıstanda xidmət göstərən sonuncu Avstriya sülhməramlıları iyunun 18-də vətənə geri qayıdacaqlar.
AZƏRTAC xəbər verir ki, bununla da NATO çərçivəsində Avstriyanın Əfqanıstanda 20 il davam edən sülhməramlı missiyası başa çatır.
Avstriya Federal Ordusunun (Bundesheer) mətbuat üzrə nümayəndəsi Marsel Taşver bildirib ki, hərbi texnika və avadanlığın ölkəyə gətirilməsi iyulun ortalarında yekunlaşmalıdır.
Qeyd edək ki, Əfqanıstanda Hindiquş dağlıq regionunda yerləşən Avstriya hərbçilərinin əsas fəaliyyəti əfqan təhlükəsizlik qüvvələrinə təlim keçmək olub. Missiya hərbi qarşıdurmalarda aktiv iştirak etməyib, daha çox məsləhətçi və dəstəkləyici rolda çıxış edib. İyirmi illik missiya dövründə Avstriya hərbçiləri arasında itki olmayıb.
Xatırladaq ki, ötən il fevralın 29-da Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]