Avstriyalı idmançı tüfənglə üç vəziyyətdə atəşaçma yarışında ən güclü olub
Bakı, 30 iyul, M.Əlioğlu, P.Ələkbərov, AZƏRTAC
Avstriya idmançısı Peer Franziska qadınlar arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəş açma yarışının ən güclüsü olub.
AZƏRTAC xəbər verir ki, dəqiqliyi ilə rəqiblərini üstələyən idmançı 580 xalla qızıl medal qazanıb.
Almaniyalı Lisa Müller 576 xalla ikinci, norveçli Oleane Sina Busk isə 575 xalla üçüncü yerə çıxıb.