Azad edilmiş ərazilərdə daha 194 piyada əleyhinə mina aşkarlanıb
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iyulun 31-dən avqustun 6-dək işğaldan azad edilmiş torpaqlarda 363,02 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə ANAMA tərəfindən icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.
Məlumata əsasən, Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 194 piyada əleyhinə, 30 tank əleyhinə mina və 97 partlamamış hərbi sursat aşkarlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]