İQTİSADİYYAT
AZAL Maldiv adalarına birbaşa uçuşlara başlayır
Bakı, 2 sentyabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC tarixində ilk dəfə olaraq Bakıdan Maldiv adalarına birbaşa uçuşlar həyata keçirəcək və sərnişinlərinə dünyanın ən gözəl guşələrindən birinə asanlıqla çatmaq imkanı yaradacaq.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək.
Birbaşa uçuşlar yola sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır və sərnişinləri transfer reyslərindən qaynaqlanan narahatlıqlardan azad edir. Bu marşrut vaxtını və rahatlığını qiymətləndirən sərnişinlər üçün mükəmməl seçimdir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2024 [19:27]
® “Unibank”ın “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələr təqdim olunub
- 09.09.2024 [19:11]
® “Bank of Baku”da əmanət faizi artaraq 11,5 faiz oldu
- 09.09.2024 [18:14]
“Makroiqtisadi dayanıqlıq üzrə işçi qrupu”nun növbəti iclası keçirilib
- 09.09.2024 [14:13]