“Azerbaijan Kelagayi” milli brendi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Bakı, 1 aprel, AZƏRTAC
“Azerbaijan Kelagayi" milli brendi ölkəmizdə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
AZƏRTAC xəbər verir ki, eyni zamanda, “Azerbaijan Kelagayi” milli brendi COVID-19 ilə aktiv mübarizə aparan tibb işçilərinə də dəstək olub. Belə ki, Bakı şəhəri, Yasamal rayon 8 saylı Təcili tibbi yardım məntəqəsinin qadın-həkimlərinə parlaq kəlağayılar hədiyyə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:23]
Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb
- 13.10.2026 [21:40]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:23]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [20:19]