Azərbaycan 2011-ci ilin ilk Beynəlxalq turizm sərgisində iştirak edir
Bakı, 13 yanvar (AZƏRTAC). Azərbaycan yanvarın 13-də Avstriyanın paytaxtı Vyanada açılmış 2011-ci ilin ilk Beynəlxalq turizm sərgisində iştirak edir.
AZƏRTAC xəbər verir ki, “Ferien-Messe Wien 2011” adlanan bu sərgidə Azərbaycanın turizm potensialını nümayiş etdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 24 kvadratlıq lövhə icarəyə götürülmüşdür.
Beynəlxalq sərginin iştirakçıları arasında nazirliyin turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun əməkdaşı Adil Adilov, analitik təhlil və proqramlar təminatı sektorunun aparıcı məsləhətçisi Türkan İsmayılova ilə yanaşı, “Geo travel” turizm şirkətinin nümayəndəsi də vardır.
Azərbaycan “Ferien-Messe Wien” turizm sərgisində artıq 5-ci dəfədir ki, təmsil olunur.
Sərgi yanvarın 16-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]