Azərbaycan - Lüksemburq oyununun birinci hissəsi heç-heçə başa çatıb
Bakı, 11 noyabr, AZƏRTAC
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Lüksemburq qarşılaşmasının birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda start götürən görüşdə hər iki komandanın qol vurmaq şansı olsa da, hesab dəyişməyib.
Matçın 21-ci dəqiqəsində millimizin müdafiəçisi Tellur Mütəllimov kobud oyununa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.